Co Bayden Ukraynaya yeni hərbi yardım paketini bu gün elan edəcək.
Teleqraf.com-un məlumatına görə, Bayden administrasiyasının yüksək rütbəli rəsmisi brifinq zamanı bildirib ki, ABŞ-ın yeni yardım paketi bu gün prezident Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı elan ediləcək.
“Prezident Bayden Ukrayna üçün demək olar ki, 2 milyard dollar dəyərində yeni böyük təhlükəsizlik yardım paketi elan edəcək. Bu, çox mühüm yeni mövqedən ibarət olacaq. Ukrayna xalqını Rusiyanın Ukraynanın kritik bölgələrinə vəhşicəsinə hücumlarından qorumaq üçün Patriot sistemləri aktiv olacaq. Biz Ukrayna hərbçilərinə üçüncü ölkədə Patriot batareyasını necə idarə etməyi öyrədəcəyik. Bu, müəyyən vaxt aparacaq”, - deyə yüksək rütbəli ABŞ rəsmisi bildirib.