15 Dekabr 2014 19:58
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl Qaidə” terror təşkilatının Suriya qolu sayılan “Əl Nusra” qruplaşması keçirdiyi əməliyyat zamanı İdbil bölgəsini ələ keçirib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Londondakı Suriya İnsan Haqqları Təşkilatı məlumat verib. Yayılan xəbərlərə görə, hücumlar zamanı terrorçulara “Cündül Əqsa” adlı digər islamçı qrup dəstək verib.

Bildirilir ki, gecə boyu davam edən döyüşlərdə Suriya ordusunun nəzarətində olan Hamidiyə yaşayış məntəqəsi yaraqlıların əlinə keçib. Bununla da Suriyanın Türkiyə ilə sərhədindəki İdbil bölgəsi Əl Nusranın nəzarətinə keçib.

Təşkilat yaydığı bəyanatda döyüşlərdə 15 suriyalı əsgər və 8 yaraqlı həyatını itirib.

Samir


Müəllif:

Oxşar xəbərlər