21 Dekabr 2022 17:46
3 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada cənub cəbhəsində vəziyyət sabitdir".

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəisi, polkovnik Yevgeni Yerin deyib.

“Cəbhə xəttində vəziyyət stabil olaraq qalır. Düşmən müəyyən hərəkətlər, yerdəyişmələr həyata keçirir. Rusların geri çəkiləcəyinə 100% işarə olduğunu deməzdim. Əksinə, düşmənin müəyyən xətlərdə Ukrayna qoşunları üçün təhlükə yarada biləcək qruplaşmalar yaratması əlamətləri var.

Eyni zamanda, kəşfiyyat onların hərəkətini izləyir. Bəli, müəyyən əlamətlər var ki, onlar ərazinin bir az da dərinliyinə çəkilir, müdafiə xətlərini təkcə birinci deyil, ikinci və üçüncü müdafiə xətti yaradırlar. Amma onların varlığı qalır”, - polkovnik bildirib.

O qeyd edib ki, Zaporojye AES istiqamətində düşmənin texnikası və şəxsi heyətinin hərəkəti müşahidə olunur:

“Müəyyən əlamətlərə görə, oradan hərbi qüvvələrin qismən çıxarılması müşahidə olunur, lakin eyni zamanda, düşmənin məkrliliyini bildiyimiz üçün hər hansı konkret hərəkətdən danışmaq hələ də çətindir”.


Müəllif: Nemət

Oxşar xəbərlər