21 Dekabr 2022 17:31
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Taliban hökumətinin Əfqanıstanda qadınlara ali təhsil almalarını qadağan etməsinə təpki göstərib.

Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada sözügedən qərarın narahatlıq yaratdığı bildirilib.

“Əfqanıstanda ali məktəblərdə qız tələbələrin təhsil almasına qadağa qoyulmasından kədərlənir və bundan narahatıq. Təhsil bütün fərdlərin imkan bərabərliyi əsasında ayrı-seçkilik etmədən istifadə etməli və məhrum edilməməli olan əsas insan hüququdur. Əfqanıstanda xalqın gözləntilərinə uyğun olaraq, istisnasız olaraq bütün qızların təhsil hüququnun tanınması ölkənin rifahı və gələcəyi üçün də vacibdir. Bu kontekstdə sözügedən qərara yenidən baxılacağına və ən qısa zamanda lazımi addımların atılacağına ümid edirik”, - açıqlamada qeyd olunub.

Prezidentin sözçüsü İbrahim Kalın da Talibanın qərarına etiraz edib:

“Taliban administrasiyası qız tələbələrin ali məktəblərdə təhsil almalarını qadağan edən qərar qəbul edib. İslamın ruhuna zidd qərardır. Bu qadağanın dində yeri yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər