“Sarmat” qitələrarası ballistik raketləri ilk dəfə olaraq yaxın gələcəkdə döyüş növbətçiliyinə keçəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Yaxın vaxtlarda qitələrarası “Sarmat” ballistik raketləri ilk dəfə döyüş növbəsinə çıxarılacaq”, - dövlət başçısı bildirib.
Putin bu planların həyata keçiriləcəyinə əmin olduğunu söyləyib:
“Heç nə bizim planlarımızı dəyişmir, hər şey həyata keçiriləcək”.