Müttəfiqləri Ukraynaya kömək etməkdən imtina etsələr, Rusiya planlaşdırıldığı kimi qalib gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.
“Əgər Kiyevə əks-hücum imkanı verilməsə, müttəfiqləri Ukraynanın məğlubiyyətini yaxınlaşdıracaq. O zaman Qərbdə çaşqınlıq yaranacaq və planlaşdırıldığı kimi Rusiya qalib gələcək”, - nəşr bildirir.
ABŞ və Avropa Birliyi ölkələri Rusiyanın fevralın 24-də “xüsusi əməliyyat”a başlamasından sonra Ukraynaya hərbi dəstək verirlər.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 2023-cü ildə Ukraynaya 18 milyard avro kömək etmək niyyətində olduqlarını açıqlayıb.
ABŞ isə öz növbəsində gələn il Ukraynaya 47 milyard dollar ayırmağa hazırdır.