“İran Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə şərik olub”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Rusiya soyqırımı siyasətində özünə şərik tapıb. Həmin dövlət İrandır. Rusiyanın yüzlərlə aldığı İran dronları kritik infrastrukturumuz üçün təhlükəyə çevrilib. Bir terrorçu azad dünya ilə mübarizə aparmaq üçün başqa bir terrorçu tapıb”, - Ukrayna lideri bildirib.