22 Dekabr 2022 22:18
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İnformasiya Nazirliyi İsrail kəşfiyyat xidməti - “Mossad” ilə əlaqəsi olduğu iddia edilən 4 əməliyyat qrupunun üzvlərini saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Mehrnews" məlumat yayıb.

Bildirilib ki, bu qruplar İranda davam edən etirazlar fonunda bir neçə hibrid terror əməliyyatı keçirməyi planlaşdırıblar.

Daha əvvəl İranın İnformasiya Nazirliyi müdafiə sənayesində təxribat törətməyi planlaşdıran “casus şəbəkəsi” üzvlərinin müəyyən edilərək saxlanıldığını da açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər