23 Dekabr 2022 10:34
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı iş adamı Yevgeni Priqojin ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin Şimali Koreyadan “Vaqner” qrupuna silah tədarükü ilə bağlı sözlərini “spekulyasiya” adlandırıb.

Teleqraf.com xəbər verir ki, “Vaqner”in təsisçisi bunun həqiqəti əks etdirmədiyini iddia edib.

“Təəssüf ki, cənab Kirbi zənn əsasında danışır. Şimali Koreyanın uzun müddətdir Rusiyaya silah vermədiyini hər kəs bilir. Özü də bilir ki, belə tədarük cəhdləri olmayıb. Ona görə də Şimali Koreyadan silah tədarükü ilə bağlı deyilənlər dedi-qodu və spekulyasiyadan başqa bir şey deyil”, - Priqojin deyib.

O, “Vaqner”in çoxlu sayda Amerika silahı aldığını iddia edib və bildirib ki, ABŞ-ın sözügedən qrupa silah tədarükünə qoyduğu sanksiyaların aradan qaldırılmasına fəal şəkildə çalışacaq. O, bu məhdudiyyətləri “ədalətsiz” adlandırıb. Prioqjin vurğulayıb ki, bu özəl hərbi şirkət Amerika silahlarının alınmasında heç vaxt beynəlxalq ticarət qaydalarını pozmayıb.

Bundan əvvəl Con Kirbi Şimali Koreyanın “Vaqner” qrupunu silahla təmin etdiyini və tədarükün daha da artırılmasının planlaşdırıldığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər