23 Dekabr 2022 11:59
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin sülh danışıqlarına hazır deyil, Ukraynaya “qeyri-qanuni dövlət”, həmkarı Vladimir Zelenskiyə isə “asılı oyunçu” kimi baxmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

İnstitutun analitiklərinin fikrincə, Putin uzunmüddətli müharibəyə görə məsuliyyətdən yaxasını qurtarmaq üçün səylərini ikiqat artırır.

Putin Rusiyanın müharibəni mümkün qədər tez bitirmək istəməsi ilə bağlı bir neçə bəyanat verib. Eyni zamanda, o, Rusiyanın “xüsusi hərbi əməliyyat”ın sürətini artırmayacağını, çünki bunun “əsassız itkilər”ə səbəb olacağını deyib.

Amerikalı ekspertlərə görə, hər iki bəyanat Kremlin qeyri-real məqsədlərinə çatmaq üçün getdikcə daha çox fədakarlıq edən rus auditoriyası qarşısında Putinin bahalı hərbi əməliyyatlarına haqq qazandırmaq cəhdlərinin bir hissəsidir.

Analitiklər iyulun 3-də Lisiçanskın ələ keçirilməsindən sonra Rusiya hərbçilərinin Ukraynada heç bir mühüm qələbə qazanmamasına da diqqət çəkiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər