ABŞ Ukrayna hərbçilərinə öz ərazisində “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə üzrə təlim keçmək, yoxsa kompleksi üçüncü ölkələrə göndərmək barədə düşünür.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” rəsmi mənbələrə istinadən yazır.
Amerika nəşrinə görə, yekun qərar hələ verilməyib. Ancaq Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Amerikadakı hərbi bazalara göndərilsə, bu, ukraynalıların ABŞ ərazisində ilk təlimi olacaq.
Fevralın 24-dən Ukrayna hərbçiləri Şərqi Avropa ölkələrində, Almaniya və İngiltərədə təlim keçiblər.
Nəşr bildirir ki, Amerikadakı mümkün təlim Oklahoma ştatının Fort Sill şəhərində keçirilə bilər. Çünki təlimatçıların və müasir avadanlıqların əksəriyyəti orada yerləşdirilib.
Qəzet qeyd edir ki, bunun Avropada da ola bilməsi mümkündür, amma maddi-texniki baxımdan daha çətin ola bilər.