23 Dekabr 2022 13:23
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Konqresində Tehranın ölkəsinə qarşı müharibədə Rusiyaya hərbi dəstək verməsi barədə açıqlamasına cavab verib.

Teleqraf.com xəbər verir ki, o, bunun doğru olmadığını deyib.

Kənani bildirib ki, İran müharibə tərəflərindən heç birinə hərbi yardım göstərməyib. O qeyd edib ki, Tehran Zelenskinin Konqresdə İrana qarşı dəfələrlə səsləndirdiyi ittihamları və sərt bəyanatlarını qınayır.

“Zelenski bilməlidir ki, İranın bu cür əsassız ittihamlara qarşı strateji səbri sonsuz deyil”, - deyə Kənani deyib.

O, həmçinin Ukrayna liderinə “ABŞ-ın dəstəyindən bəhrələnən siyasətçilərin taleyi”ni xatırlamağı və “bundan dərs almağı” tövsiyə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər