9 May 2014 16:43
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Krıma səfər edib.

Teleqraf.com-un məlumatına görə, Putinin Sevastopolda qələbənin 69 illiyi və şəhərin faşistlərdən azad edilməsinin 70 illiyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirakı gözlənilir.

Dövlət başçısının mart ayında keçirilən referendumla Rusiyanın tərkibinə daxil olan Krıma səfəri rəsmi şəkildə elan edilməyib. Lakin ölkə rəhbərliyinin Krımda parad keçirmək planları bəzi qərb ölkələrinin ciddi narazılığına səbəb olub.

"Prezidentin təyyarəsi "Belbek" hava limanına enib. Buradan o bayram tədbirlərinin keçirləcəyi Sevastopola yola düşüb", deyə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Sevastopolda keçiriləcək təntənəli mərasimlərə hərbi parad, Qara dəniz donanması gəmilərinin paradı və Hərbi Hava qüvvələrinin 70 təyyarəsinin uçuşu, rusiyalı admiral Dmitri Senyavinin abidəsinin açılışı daxildir.

Putinin paradda təbrik nitqi ilə çıxış edəcəyi, daha sonra isə veteranlarla birgə Naximov meydanında abidə önünüə əklil qoyacağı gözlənilir.


Müəllif: