Türkiyənin Adana, İstanbul, Nevşehir şəhərlərində və Şimali Kipr Türk Cümhuriyyətində “Deveciler” adlı cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyatla bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu eyni vaxtda 49 ünvana təşkil edilən basqında cinayətkar təşkilatın zərərsizləşdirildiyini və liderinin saxlanıldığını deyib.
Əməliyyata polis xüsusi təyinatlıları cəlb olunub.
Əməliyyatda cinayətkar təşkilatın lideri olduğu bildirilən Cumali İncəsoy və aralarında oğlunun da olduğu 40 şübhəli saxlanılıb.
Cumali İncesoy iki mühafizəçisi ilə Kiprdə, oğlu isə İstanbuldakı lüks malikanəsində yaxalanıb.
Əməliyyat keçirilən ünvanlardan çoxlu sayda silah-sursat müsadirə edilərək götürülüb.