24 Dekabr 2022 08:32
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder Maykl Blumberq dünyanın aparıcı maliyyə informasiya agentliklərindən biri və “The Wall Street Journal” qəzetinin naşiri “Dow Jones”u almaq imkanını araşdırır.

Teleqraf.com xəbər verir ki, “Dow Jones”un alınmasından sonra “Bloomberg” şirkəti maliyyə informasiya bazarında ən böyük oyunçuya çevrilə bilər. Lakin Maykl Blumberq şirkəti almaq barədə onun sahibi Rupert Merdoka müraciət etməyib, habelə bu imkanı dəyərləndirmək üçün rəsmi üçüncü şəxsləri, məsələn, bankirləri işə cəlb etməyib.

Məlumata görə, Blumberq “The Washington Post” qəzetini almaq barədə də düşünür. Lakin bu sövdələşmədə nəşrin sahibi Ceff Bezosun maraqlı olması vacibdir.

“Bloomberg” transmilli media holdinqdir. Dünyanın aparıcı maliyyə və iqtisadi məlumat provayderlərindən biri hesab edilən maliyyə xəbərləri xidmətinə, nəşriyyata, internet portalına, bir neçə telekanala və radiostansiyaya sahibdir. İllik gəliri təxminən 10 milyard dollardır. Səhmlərin 88 faizi Maykl Blumberqə məxsusdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər