24 Dekabr 2022 08:47
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti yüksək inflyasiya səbəbindən müdafiə sahəsinə investisiyanın real səviyyəsinin azalmasına yol verməmək məqsədilə Ukraynadakı münaqişə fonunda hərbi büdcənin həcmini artırmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın Maliyyə Nazirliyi müdafiə naziri Ben Uollesin real hərbi xərclərin azaldılmasının yolverilməzliyinə dair arqumentləri ilə razılaşıb.

Maliyyə naziri Ceremi Hantın 2023-cü ilin yazında növbəti maliyyə ili üçün (aprelin 1-dən başlayır) büdcəni təqdim edərkən müvafiq açıqlama verəcəyi gözlənilir. Analitiklərin fikrincə, real hərbi xərclərin azalmasının qarşısını almaq üçün Müdafiə Nazirliyinin 2024-2025-ci illərdə büdcəsi azı 1,5 milyard funt sterlinq (1,8 milyard dollar) artaraq 48,6 milyard funt-sterlinqdən (58,6 milyard dollar) 50,1 milyard funt-sterlinqə (60,4 milyard dollar) çatmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər