24 Dekabr 2022 10:26
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ficidə müxalif “Xalq Alyansı” partiyasına rəhbərlik edən Sitiveni Rabuka ölkənin yeni baş naziri seçilib.

Teleqraf.com xəbər verir ki, o, ölkədə davam edən siyasi böhran fonunda parlamentdə keçirilən səsvermədən sonra baş nazir olub.

Belə ki, Rabukanın hökumət başçısı təyin edilməsinə 55 deputatdan 28-i səs verib. Yaxın günlərdə o, Nazirlər Kabinetinin yeni tərkibini elan edəcək.


Müəllif: Teleqraf.com