İtaliya Baş naziri Corciya Meloni İraqa səfər edib.
Teleqraf.com xəbər verir ki, İtaliya hökumətinin başçısı səfəri çərçivəsində paytaxt Bağdadda iraqlı həmkarı Məhəmməd Sudani ilə görüşüb.
İkitərəfli münasibətlərin və regional məsələlərin müzakirə edildiyi görüşdən sonra iki lider birgə mətbuat konfransı keçirib.
İraq baş naziri İtaliyanın İŞİD terror təşkilatı ilə mübarizədə mühüm rol oynadığını vurğulayaraq, iki ölkə arasında güclü əlaqələrin olduğunu bildirib.
İtaliya Baş naziri Meloni ölkəsinin İŞİD-lə mübarizədə İraqa dəstəkdə ön sıralarda olduğunu deyib: “Güclü İraq olmadan Yaxın Şərq regionunda sabitlik və firavanlıq ola bilməz”.
İraqda fəaliyyət göstərən İtalyan şirkətləri vasitəsilə bu ölkənin yanında olduqlarını söyləyən Meloni İŞİD-lə mübarizədə əldə edilən uğurlardan qürur duyduqlarını qeyd edib.
Birgə mətbuat konfransında İtaliya bayrağının əvəzinə İrlandiya bayrağının istifadəsi diqqətdən yayınmayıb. Görüntü sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.