Rusiya Prezidenti Vladimir Putin tez-tez ictimaiyyət qarşısına çıxmağa başlayıb. Bu, Rusiya liderinin ruslar arasındakı nüfuzuna çox önəm verməyə başladığını təsdiqləyir. Putin özünü müharibə dövrünün fəal lideri kimi göstərməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri deyirlər.
Rusiya prezidenti dekabrın 23-də Tulada bir sıra müəssisələrə baş çəkib. Həmin gün Nijni Taqildəki “Uralvaqonzavod” maşınqayırma zavoduna getməli idi, amma səfər son anda ləğv edilib.
Amerikalı ekspertlərin fikrincə, Putinin ictimaiyyət qarşısında artan çıxışları onu müharibə dövrünün lideri kimi göstərməli olan informasiya kampaniyasının bir hissəsidir. Kreml də daxili auditoriya arasında öz nüfuzunu bərpa etmək istəyir, çünki fevralda Rusiya müharibənin ikinci ilinə qədəm qoyacaq.
2Putin bütün hakimiyyəti boyu ardıcıl olaraq şəxsi görünüşünə önəm verib, bu, ona hər şeyi görən və hər yerdə olan hökmdar obrazını yaratmağa kömək edib”, - analitiklər deyirlər.
ISW Kreml sahibinin ictimaiyyət arasına çıxışının ikinci səbəbini də göstərib. Bu, 2024-cü il seçkiləri öncəsi cəmiyyətdə müsbət imicinin yaradılması ilə bağlıdır. Putin yenidən seçilmək üçün informasiya məkanında şərait hazırlamağa çalışır.