Rusiya İrandan aldığı 1700 kamikadze dronundan 540-nı Ukraynaya qarşı istifadə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (QUR) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məlumat verib.
İran dronlarını “uçan moped” adlandıran Budanovun sözlərinə görə, bunların əksəriyyəti öz hədəflərinə çatmamış sıradan çıxır. Bununla belə, o, İran dronlarının istehsalının ucuz – 7000 dollara başa gəldiyini söyləyib.
Budanov müsahibəsində onu da əlavə edib ki, Kreml hələ də Tehranı ballistik raketlər verməyə razı salmağa çalışır, amma qarşı tərəf hələlik qərar verməyə tələsmir.
“İran məlum səbəblərdən bunu etməyə tələsmir. Çünki Rusiya ilk raketləri buraxan kimi İrana qarşı sanksiya təzyiqləri artacaq”, - QUR rəhbəri vurğulayıb.