16 Dekabr 2014 08:22
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 2014-cü ilin əvvəlində ölənlərin sayı ikiqat artaraq 200 minə çatıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında qurumun Baş katibinin müavini Valeri Amos bəyan edib.

Onun sözlərinə görə, hökumət qüvvələri və silahlı müxalifət arasında aparılan döyüş əməliyyatları nəticəsində 1 milyona yaxın insan yaralanıb. “Bu rəqəmlər durmadan artır”, deyə V.Amos vurğulayıb.

BMT-nin hesablamalarına görə, hazırda 12 milyondan çox suriyalının humanitar yardıma ehtiyacı var.


Müəllif:

Oxşar xəbərlər