24 Dekabr 2022 20:33
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zambiya Prezidenti Hakainde Hiçilema ölkədə ölüm hökmünü ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Zambia 24" xəbər portalı məlumat yayıb.

Hiçilema, eyni zamanda dövlət başçısını təhqir etməyə görə cəza nəzərdə tutan qanunu qüvvədən salıb.

Zambiya məhkəmələri tez-tez ağır cinayətlərə görə ölüm hökmü çıxarır. Bu ilin əvvəlində ölkədə edam cəzasına məhkum edilmiş 257 cinayətkar ölüm cəzasını gözləyirdi. Lakin məhkəmə qərarı ilə sonuncu edam 1997-ci ildə Zambiyada həyata keçirilib.

Ölüm hökmünün ləğvi Hiçilemanın 2021-ci ilin yayında prezident seçkiləri kampaniyası zamanı verdiyi əsas vədlər sırasında olub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər