16 Dekabr 2014 07:26
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nurçuların lideri Fətullah Gülənin barışıq şərtinə münasibət bildirib.

Axar.az xəbər verir ki, Ərdoğan Gülənlə heç vaxt barışmayacağını deyib.

Ərdoğan Türkiyəyə qarşı mübarizə aparanlarla heç vaxt razılaşmayacaqlarını da qeyd edib:

"Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. İçəridə, ya da bayırda yalan xəbərlər yayan, Türkiyəyə qarşı hələ də mübarizə aparanlarla heç bir şəkildə razılaşmayacağıq. Onların qarşısında heç bir şəkildə diz çökməyəcəyik".

Qeyd edək ki, Fətullah Gülən bir müddət əvvəl Ərdoğanın hər şeyin yalan və böhtan olduğunu deyəcəyi təqdirdə barışığa hazır olduğunu bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər