Qara dənizin Türkiyə sahillərində yük gəmisində partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, gəmi Trabzon limanında kömür yükləmək üçün Panama bayrağı altında üzüb. Hadisə, ilkin məlumatlara görə, qaz sızması nəticəsində baş verib.
İtkin düşən 16 nəfər xilas edilib.
Gəmi heyətinin əksəriyyəti misirli olub, aralarında Albaniya, Gürcüstan və Ukrayna vətəndaşları da var.