26 Dekabr 2022 09:41
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə razılaşma Liviyanın Aralıq dənizindəki hüquqlarını təmin edir”.

Teleqraf.com xəbər verir ki, bunu Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe deyib.

O qeyd edib ki, Türkiyə ilə ölkəsi arasında imzalanan dəniz icazəsi müqaviləsi Liviyanın Aralıq dənizindəki iqtisadi hüquqlarını təmin edir:

“Türkiyə ilə müqavilə imzaladıq və hüquqlarımızı təmin etdik. Türkiyə ilə bağladığımız müqavilə ilə Liviya öz iqtisadi haqqını əldə edib. Bu, liviyalıların haqqıdır. Başqa heç bir şəxs və ya dövlət bunu ələ keçirə bilməz. Ümid edirik ki, ümumi koordinasiya olacaq və biz bütün ölkələrin razılığa gəlməsini istəyirik”.

Misirin Liviya ilə dəniz sərhədlərini təyin etdiyini açıqladığı qərarı rədd etdiklərini ifadə edən Dibeybe qeyd edib ki, dəniz sərhədləri və qitə şelfi razılaşmalarının təktərəfli olması mümkün deyil: “Misirin bu addımını tamamilə rədd edirik”.

Misir və Liviya arasında dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı komissiyanın yaradılması ilə razılaşmanın əldə edilməsinə çağıran Dibeybe əlavə edib ki, misirli qardaşlarımızdan ikitərəfli komissiya qurmalarını və razılıq əldə etmələrini tələb edirik: “Əgər razılaşma yoxdursa. Birləşmiş Millətlər Təşkilatı var, məhkəmə var, qanun var. Heç kim təkbaşına qərar verə bilməz. Liviya tərəfini zəif görsələr belə, biz bunu rədd edirik. Əgər dost və qonşu olsalar, ikitərəfli razılaşmaya sevinəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər