26 Dekabr 2022 10:57
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Kosovodakı sülhməramlı qüvvələri (KFOR) patrul xidməti aparan hərbçiləri yaxınlığında atışma səslərinin eşidildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində ölən, yaralanan və maddi ziyanın olmadığını bildirilib.

Kosovo polisi ölkənin şimalında (Zubin Potok) silahlı qarşıdurmada iştirak etmələri ilə bağlı iddianı təkzib edib: “Kosovo polisinə hücum olmayıb. Kosovo polisi ilə hər hansı qruplaşma arasında qarşıdurma baş verməyib”.

Serbiya mediası Kosovonu Zubin Potokda silahlı münaqişəni qızışdırmaqda ittiham edib.

Gərginliyin artmasından sonra Kosovo daxili işlər naziri Xelal Sveçla ölkənin şimalındakı barrikadaların aradan qaldırılması çağırışını təkrarlayıb.

Nazir Serbiyanın qondarma qurumlar yaratmağı dayandırmalı olduğunu deyib: “İctimaiyyəti Serbiyanın yeni münaqişənin qızışdırılması təbliğatının əsiri olmamağa və polis qüvvələri ilə əməkdaşlıq etməyə çağırıram”.

Serbiya Prezidenti Aleksandr Vuçiç Sveçlanın çağırışından və bölgədə silah səslərinin eşidirlməsindən sonra Baş nazir Ana Brnabiç və baş qərargah rəisi Milan Moysiloviçlə görüşüb.

Görüşdən sonra açıqlama verən Moysiloviç deyib ki, Vuçiçlə danışıqlarında əsas məsələ Kosovonun şimalındakı ümumi vəziyyət olub.

Baş qərargah rəisi Kosovo sərhədinə yaxın Raskaya gedib.

“Serbiya ordusuna həvalə edilmiş vəzifələr tam və aydın şəkildə yerinə yetiriləcək”, - baş qərargah rəisi bildirib.

Moysilovic həmçinin bildirib ki, baş verənlər Serbiya ordusunun sərhədə yaxın olmasını tələb edəcək səviyyədədir.

Serbiya mediası axşam saatlarında Zubin Potokda atəş səslərinin eşidildiyini və bunun Kosovo polisinin ölkənin şimalındakı barrikadalardan birini aradan qaldırmağa çalışması nəticəsində baş verdiyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər