İranda 1979-cu il inqilabından bəri ən uzun sürən hökumət əleyhinə nümayişlər 100-cü gününə qədəm qoyub.
Teleqraf.com xəbər verir ki, İranın İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazlar zamanı 69-u uşaq olmaqla azı 500 nəfər həlak olub.
İki nümayişçi edam edilərkən, daha 26 nümayişçi edamını gözləyir.
2017, 2018 və 2019-cu illərdə keçirilən uzunmüddətli etiraz aksiyalarına baxmayaraq, son aksiyalarda cəmiyyətin bütün təbəqələrindən olan insanların iştirak etməsi və qadınların rəhbərlik etməsi ilə fərqli olub.
Bəzi iranlı məşhur adlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar.
Bu adlardan biri də İranın məşhur aktyorlarından olan Təraneh Əlidoostidir. Əlidoosti Tehranın məşhur Evin həbsxanasında saxlanılır. Məşhur aktrisa başı açıq foto paylaşaraq gənc etirazçının edamını pisləyib. Məşhur aktyora “Satıcı” filminin rejissoru Əsgər Fərhadi də dəstək olub.
Ölkəni tərk etməli olan məşhur aktyorlardan biri olan Pegah Ahangarani deyib ki, ölkədə hər iki tərəf radikallaşıb və İran Məhsa Əmininin ölümündən əvvəlki dövrə qayıda bilməyəcək.
Bu ayın əvvəlində ABŞ-a köçən aktrisa Həmid Fərroxnezhad İranın ali lideri Ayətullah Əli Xamneyini Franko, Stalin və Mussolini kimi diktatorlara bənzədib.