26 Dekabr 2022 12:35
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan hökuməti intiharla bağlı müstəmləkə dövründə qəbul edilmiş qanunu ləğv etmək üçün ölkənin Cinayət Məcəlləsinə dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, Sekulyar Pakistan Xalq Partiyasının təqdim etdiyi düzəliş parlamentin yuxarı palatası tərəfindən təsdiqlənib.

Köhnə qanuna əsasən, intihara cəhd bir ilə qədər həbs, cərimə və ya hər ikisi ilə cəzalandırılırdı.

Pakistan baş nazirinin köməkçisi Salman Sufi dəyişikliyi alqışlayıb və bildirib ki, ehtiyacı olan hər bir insana kömək etmək lazımdır.

Bəzi ölkələrdə intihar hələ də cinayət sayılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər