26 Dekabr 2022 16:28
2 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Belarusda yerləşdirilən “İsgəndər” taktiki raket kompleksləri və S-400 hava hücumundan müdafiə sistemləri qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin İdeologiya Baş İdarəsinin rəisi Leonid Kasinski deyib.

“Hərbçi və ekipajlarımız Rusiya və Belarus silahlı qüvvələrinin birgə döyüş hazırlığı mərkəzlərində təlim keçib. Bu silahlar (“İsgəndər” və S-400) döyüş növbətçiliyindədir və təyinatı üzrə tapşırıqları yerinə yetirmək üçün tam hazırdır”, - nazirliyin rəsmisi bildirib.

Kasinski onu da əlavə edib ki, ölkəsinin hərbi təyyarələri xüsusi aviasiya sursatları daşımaq üçün dəyişdirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra S-400 və “İsgəndər” sistemlərini işə saldıqlarını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər