Silah və partlayıcı maddələrlə Rusiya ərazisinə girməyə çalışan 4 ukraynalı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlunat yayıb.
Bildirilir ki, Ukrayna qrupu Rusiya ərazisinə daxil olmağa çalışıb:
“Rusiya dövlət sərhədindəki FSB personalı Ukraynaya məxsus təxribat-kəşfiyyat qrupunu zərərsizləşdirib. 25 dekabr 2022-ci ildə başlayan qarşıdurmada Ukraynadan Bryansk vilayəti ərazisinə girməyə cəhd edən 4 diversant öldürülüb".
Açıqlamada Ukrayna qrupunda Almaniya istehsalı olan avtomat və sursatların olduğu, qruplaşmanın Rusiya ərazisinə 40 kiloqramlıq partlayıcı keçirməyə çalışdığı qeyd edilib.