Kənardan gələn çağırışlar və təhdidlər hər il artır. Etiraf etməliyik ki, bu, MDB-yə üzv dövlətlər arasında fikir ayrılıqları yaradır. Lakin əsas odur ki, əməkdaşlıq etməyə hazırıq. Hər hansı problemli məsələlər ortaya çıxsa belə, biz onları özümüz birlikdə bir-birimizə yoldaşlıq yardımı göstərərək həll etməyə çalışırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin qeyri-forma sammitində çıxışında bildirib.
Putin onu da bildirib ki, MDB ölkələri arasında əməkdaşlıq uğurla davam edir:
"Son bir ildə dövlətlərimizin çoxşaxəli qarşılıqlı əlaqəsi bütövlükdə uğurla inkişaf edib. Bunu bizim aramızda, Rusiya ilə bütün MDB ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı da təsdiqləyir. Yanvar-oktyabrda ticarət dövriyyəsinin həcmi 6,6% artaraq 81,5 milyard dollara çatıb. Bu ilin sonuna qədər onun 100 milyard dollara çatacağını gözləməyə əsas var. Sonda bir daha əmin olduğumu bildirmək istərdim ki, MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verir, Birlik dövlətlərinin sosial-iqtisadi inkişafı problemlərinin daha səmərəli həllinə, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə kömək edir", deyə Putin qeyd edib.