27 Dekabr 2022 10:53
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ordusuna ilin sonuna kimi Donetsk vilayətinin sərhədlərinə çatmaq tapşırılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, ruslar öz qüvvələrinin, hərbi texnikalarının və silahlarının ən böyük hissəsini Baxmut istiqamətində cəmləyiblər: “Qarşılarına bu təqvim ilinin sonuna kimi Donetsk vilayətinin sərhədlərinə çatmağı hədəf qoyublar”.

Malyar bildirib ki, Rusiya qüvvələri tutduqları cəbhə xəttini saxlaya bilmirlər, ona görə də maksimum səylərini saxlaya biləcəkləri müəyyən əraziləri seçirlər:

“Amma Baxmutun necə cəsarətlə dayandığını, əsgərlərimizin düşmənə nə qədər itki verdiyini görürük, düşmən irəli gedə bilmir. Bir az irəliləyiş oldu, amma dayandırıldı. Bu gün düşmən şəhəri mühasirəyə almağa çalışır, amma buna da müvəffəq olmur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər