27 Dekabr 2022 15:19
5 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev 2023-cü illə bağlı proqnozlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi gələn il Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının çökəcəyini iddia edib.

Medvedevin 2023-cü illə bağlı proqnozları belədir:

“Neftin qiyməti 150, qazın qiyməti isə 5000 dolları keçəcək.

Böyük Britaniya yenidən Avropa İttifaqına (Aİ) qoşulacaq.

Böyük Britaniya geri qayıtdıqdan sonra Avropa İttifaqı dağılacaq və avro artıq ittifaqın valyutası kimi istifadə edilməyəcək.

Polşa və Macarıstan Ukraynanın qərb hissələrini işğal edəcək.

“Dördüncü Reyx” Almaniya, Polşa, Baltikyanı ölkələr, Çexiya, Slovakiya və Kiyev Respublikası kimi “peyk dövlətləri”nin ərazisini əhatə edəcək şəkildə yaradılacaq.

Fransa ilə “Dördüncü Reyx” arasında müharibə başlayacaq. Avropa parçalanacaq, Polşa yenidən bölüşdürüləcək.

Şimali İrlandiya Britaniyadan ayrılacaq və İrlandiya Respublikası yaradılacaq.

ABŞ-da Kaliforniya və Texasda vətəndaş müharibələri başlayacaq, nəticədə müstəqil dövlət olacaqlar. Texas və Meksika müttəfiq dövlətə çevriləcək. İlon Mask yeni vətəndaş müharibəsi başa çatdıqdan sonra Respublikaçılar Partiyasına təhvil veriləcək bir sıra ştatlarda prezident seçkilərində qalib gələcək.

Birja və maliyyə fəaliyyətləri ABŞ və Avropadan Asiyaya keçəcək.

“Bretton Woods” pul sistemi çökəcək və bu, BVF və Dünya Bankının dağılmasına gətirib çıxaracaq. Bu, avro və dolların qlobal valyuta kimi dövriyyəsini dayandıracaq. Bunun əvəzinə rəqəmsal valyutalar aktiv şəkildə istifadə olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər