Fransada yaşayan iranlı Məhəmməd Muradi ölkəsindəki acınacaqlı duruma görə özünü Lion şəhərində yerləşən Rona çayına ataraq intihar edib.
Teleqraf.com xəbər verir ki, onun bu yolu seçməsinə səbəb İranın bəzi etirazçıları edam etdirməsi olub.
“Yalnız ölümümlə dünyanın diqqətini İrana çəkə bilərəm”,- deyə iranlı intihardan öncə yazdığı məktubunda bildirib.
Fransa mətbuatı qeyd edib ki, 38 yaşlı Muradi dünən yerli vaxtla saat 18:00 radələrində yoldan keçənlərin müdaxiləsinə baxmayaraq intihar edib.