Axşam saatlarında rus ordusu Xersonu növbəti dəfə atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, hücum zamanı raketlər Xerson şəhər xəstəxanasının binasına düşüb.
Xersonlu jurnalist Konstantin Rıjenkonun sözlərinə görə, raketlər xəstəxananın doğum xüsusilə şöbəsinə düşüb.
Fotodan görünür ki, xəstəxana binasına ciddi ziyan dəyib. Otağın pəncərələri sındırılıb. Damın və divarların dağılmasını da görmək mümkündür.