28 Dekabr 2022 01:15
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Baş naziri Corca Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı onu Romaya dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Meloni Ukraynada ədalətli sülhün əldə olunması üçün istənilən təşəbbüsü dəstəkləyir:

“Meloni Ukrayna lideri ilə telefon danışığı zamanı siyasi, hərbi, iqtisadi və humanitar müstəvidə söhbət aparıb. Eyni zamanda enerji infrastrukturunun bərpasında və ölkənin gələcək yenidən qurulmasında Kiyevə tam dəstəyini ifadə edib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər