Yunanıstandan Türkiyə ilə gərginliyi artıracaq yeni addım atılıb.
Teleqraf.com xəbər verir ki, Yunanıstan ordusunun baş qərargah rəisi, general Konstantinos Floros Egey və Şərqi Aralıq dənizlərindəki bəzi adaları ziyarət edib.
General qeyri-hərbi statuslu Kriamadi, Çamada, Karaada, Kerpe və Meys, eləcə də Kritin cənubunda yerləşən Böyük Qavda adasında yerləşən hərbi birləşmələrə baxış keçirib.
Baş qərargah rəisi Türkiyə yaxınlığında yerləşən adalara ziyarətini əks etdirən fotoları Tvitter hesabında paylaşıb.
Yunanıstanın sözügedən adaları silahlandırması və hərbi məqsədlər üçün istifadə etməsi Türkiyə ilə imzalanmış anlaşmalara görə legitim deyil. Yunanıstanın bölgədə gərginliyi artıra biləcək təxribatları Türkiyə tərəfindən etirazla qarşılanır.