“Ukrayna hakimiyyətinin Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı çağırışına heç bir şəkildə reaksiya verməyə ehtiyac yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Etməli bir şey yoxdur. Karvan irəlidə olanda it arxasınca hürər”, - XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Bundan əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Rusiyanı BMT Təhlükəsizlik Şurasına üzvlükdən məhrum etmək üçün rəsmi addımlar hazırlayır. Bununla belə, o, belə bir prosesə başlamağın asan olmayacağını söyləyib.