28 Dekabr 2022 16:52
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Türkiyə əleyhinə olduğu üçün PKK-nın Parisdə törətdiyi iğtişaşlara göz yumur”.

Teleqraf.com xəbər verir ki, bunu Fransada fəaliyyət göstərən “Musulmans en France” saytının redaktoru Jan-Mişel Brön “Anadolu”ya açıqlamasında deyib.

Jurnalist PKK terror təşkilatının siyasi məqsədlər üçün Parisdə iğtişaş törətdiyini, bunun onun Fransada “kürdlərə qarşı ayrı-seçkilik” iddiası ilə əlaqəsinin olmadığını bildirib.

“Parisdə dərnək statusuna malik olan Ahmet Kaya Mədəniyyət Mərkəzinin PKK terror təşkilatı ilə sıx əlaqəsinin olduğu da Fransa məhkəmə sistemi tərəfindən məlumdur. Ali Məhkəmə 2014-cü ildə adıçəkilən dərnəyin ləğvini təsdiqləyib. Səkkiz il keçməsinə baxmayaraq, qurum hələ də fəaliyyət göstərir”, - Brön söyləyib.

Jurnalist dərnəyin Fransa hökumətinin dəstəyi ilə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Brön bildirib ki, PKK terror təşkilatı tərəfdarı olan kürd dərnəkləri Türkiyə əleyhinə fəaliyyət göstərdikləri üçün Fransa hökumətindən dəstək alır:

"Fransa hökumətinin anti-Türkiyə siyasəti islamofobiyadan qidalanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər