Fransız jurnalist Jan-Klod Dasye CNEWS kanalında qatıldığı bir proqramda müsəlmanları təhqir edib.
Teleqraf.com xəbər verir ki, jurnalist müsəlmanların “Respublika” sözünün nə olduğunu bilmədiklərini deyib.
“Respublika müsəlmanların vecinə deyil, çünki bu sözün nə demək olduğunu belə bilmirlər”, - Dasye bildirib.
Jurnalistin açıqlamçası Fransanın solçu siyasətçilərinin və sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub. Solçu LFI partiyasından olan deputat Emerik Karon Tvitterdə “Uzun müddətdir xəbər kanalı ola bilməyən CNEWS-də daha bir irqçi müzakirə” qeydini paylaşaraq buna diqqət çəkib. Onun sözlərinə görə, bu kanal təhlükəsizlik, miqrasiya və İslamdan başqa mövzulardan danışmır.
LFI-nin başqa bir deputatı Tomas Portes Dasyeni “irqçi” adlandırıb və qeyd edib ki, əslində, o, bu sözləri ilə öz-özünü ifşa edib.
Başqa bir fransalı istifadəçi isə Dasyenin bu sözlərinin ürəyini bulandırdığını söyləyib.