30 Dekabr 2022 00:12
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən çətin vəziyyət Ukraynanın şərqindədir, ruslar nəyin bahasına olur-olsun Baxmutu ələ keçirməyə çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun bütün Donetsk vilayətini ələ keçirməyə yönəlmiş hücumları şərqdə vəziyyəti çətinləşdirir.

Qromov bildirib ki, dekabrın 23-dən bəri Ukrayna qoşunları ruslarla 259 dəfə toqquşub. Bu müddətdə Rusiya Ukraynanın mövqelərini 4000 dəfədən çox atəşə tutub.

“Ukrayna müdafiə qüvvələri hər gün Baxmut ətrafında aqressiv şəkildə irəliləyən düşmənin 20-yə qədər hücumunu dayandırırlar”, - Qromov bildirib.

General qeyd edib ki, rus ordusu əsas səylərini Baxmut ətrafında cəmləşdirmək üçün son həftələr Xerson və Zaporoje istiqamətlərində Ukrayna qoşunlarının mövqelərinin atəşə tutulmasının sayını qəsdən azaldıb. Eyni zamanda, ruslar Baxmut və Liman istiqamətlərinə silah-sursat göndərib.

“Kupyanskdan Marinkaya qədər təmas xətti boyunca düşmənin artilleriya atəşinin 40 faizdən çoxu məhz Baxmut istiqamətinə düşür. Düşmən şəxsi heyətin çoxsaylı itkilərinə baxmayaraq, nəyin bahasına olur-olsun Baxmutu ələ keçirməyə çalışır”, - Qromov qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu