29 Dekabr 2022 22:28
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin DTK-nın (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) müstəntiqi kimi sadist meylləri ilə seçilirdi. Xüsusilə, maraq sahəsinə daxil olan insanları ələ salmağı xoşlayırdı”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı Mariya Maksakova deyib.

Onun sözlərinə görə, Putin təkcə öz işini darıxdırıcı şəkildə görməyib, həyəcan və çeviklik də nümayiş etdirib.

“İnsanların taleyini pozmağı xoşlayırdı. Eyni zamanda, bundan sadistcə həzz alırdı. Onun bu sərhədsiz həvəsindən əziyyət çəkən bir neçə dissidentin xatirələri var”, - Maksakova bildirib.

Sabiq deputat rus yazıçısı Çukovskinin qızı Lidiya Kornivna ilə bağlı olayı xatırladıb. O, hüquq müdafiəçisi kimi beynəlxalq diqqəti sovet hakimiyyətinin əlindən əziyyət çəkən müxaliflərə yönəltməyə çalışıb. Amma görmə qabiliyyəti zəif olduğundan ona xaricdən göndərilən xüsusi flomasterlərdən istifadə edib.

“Təəssüf ki, onun həyatında Putin adlı bu müstəntiq peyda oldu. Bu bağlamalara əl atdı və flomasterləri korladı, buna görə məktub yaza bilmədi, insanların taleyi bundan asılıydı. Əvvəlcə nə baş verdiyini anlamadı, amma sonra təbii ki, başa düşdü və başqa şeylər yazmağa başladı”, - Maksakova vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər