İran bu gecədən başlayaraq Hind okeanının şimal hissəsində təlimlər keçirəcək.
Teleqraf.com xəbər verir ki, "Zülfikar 1401" adlandırılan təlimlərdə dəniz qüvvələri ilə yanaşı, quru qoşunlarının müxtəlif hissələri iştirak edəcək.
Təlimin məqsədi İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının koordinasiya edilməsidir.
İran nundan əvvəlki dəniz təlimlərini oktyabrın 12-də Omanla birgə keçirib.