“Lazım gələrsə, Ukrayna Silahlı Qüvvələri (SQ) Rusiya ərazisinə daxil ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
Ukrayna ordusunun ölkəni qorumaq üçün Rusiya ərazisinə daxil ola biləcəyi ilə bağlı suala Danilov “əlbəttə ki, ola bilər”, - deyə cavab verib.
“Bəli, mütləq. Ölkəmizin müdafiəsi bizdən lazım bildiyimiz yerdə olmağı tələb edərsə, biz orada olacağıq. Bununla bağlı heç kəsdən heç nə soruşmayacağıq”, - o vurğulayıb.