Əfqanıstanın Herat, Faryab və Badahşan vilayətlərində “Taliban” terror təşkilatının döyüşçüləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, silahlı insident zamanı 24 nəfər ölüb. Rəsmilər hücumlar zamanı 13 yaraqlının da öldürüldüyünü bildirirlər. Şahidlərin sözlərinə görə, qarşıdurmada daha 10 yaraqlı xəsarət alıb.
Badahşan qubernatorluğunun sözçüsü Əhməd Navid Furuten verdiyi açıqlamada terrorçulara məxsus xeyli sayda silah və sursatın məhv edildiyini deyib. O öldürülənlər arasında 11 polis əməkdaşının olduğunu qeyd edib.
Samir