16 Dekabr 2014 20:05
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə küçmiş prezident Məhəmməd Mursinin vəzifəsindən uzaqlaşdırılmasından sonra törədilən partlayışlar nəticəsində 137 nəfər həlak olub.

Teleqraf.com “Cihan” agnetliyinə istinadən xəbər verir ki, bununla bağlı Misir Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 2013-cü ilin iyunun 30-dan 2014-cü ilin dekabrın 15-dək tarixlərində bölgədə 807 bomba partladılıb. Nəticədə 521 nəfər də müxtəlif bədən xəsarətləri alıb.

Yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələri 1476 nəfəri öldürməkdə şübhəli bilinən 191 terrorçunu öldürüb, Suriyada terror qrupları tərəfindən döyüşdükdən sonra ölkəyə qayıdan 60 nəfər isə həbs edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər