16 Dekabr 2014 22:09
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Pişəvər şəhərindəki hərbi məktəbdə şagird və müəllimlərin öldürülməsi ilə əlaqədar Türkiyədə matəm elan edilib. Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, baş vermiş hadisə ilə əlaqədar olaraq Türkiyədə birgünlük matəm elan edilib.

Qeyd edək ki, bu gün "Təhriki-Taliban Pakistan" yaraqlıları Pişəvər şəhərindəki məktəbə hücum ediblər.

Son məlumatlara görə, 140 nəfər hücumun qurbanı olub, onlardan ən azı 100 nəfər uşaqdır. 120-dən çox şəxs yaralanıb. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub.


Müəllif:

Oxşar xəbərlər