"Ukraynanın şərqində münaqişə yalnız sülh yolu ilə həll olunacaq".
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu sözləri Ukrayna prezidenti Petro Poroşenko Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşndən sonra mətbuat üçün birgə bəyanat verərkən deyib.
"Bizim razılaşmamız var ki, münaqişəni sülh planı əsasında həll edəcəyik. Bu razılaşma 5 sentyabr tarixli Minsk protokolu və 19 sentyabrda imzalanan Minsk memorandumuna əsaslanır".
Poroşenko vurğulayıb ki, ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası prezident kimi onun üçün fövqəladə dərəcədə vacibdir.
Nihad