17 Dekabr 2014 06:53
742
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəmənin Əl Bayda əyalətinin Radaa şəhərində törədilmiş iki partlayış nəticəsində, son məlumata görə, 20-si uşaq olmaqla 40 nəfər ölüb.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, birinci avtomobil üsyançıların nəzarəti altında olan nəzarət-buraxılış məntəqəsinin qarşısında partladılıb. Uşaqlar məhz bu partlayış nəticəsində ölüb. Onların hamısının partlayış baş verən an ərazidən keçən məktəb avtobusunda olduğu bildirilir.

İkinci partlayış hakim partiyanın regional bölməsinin sədrinin evi yaxınlığında törədilib.

Hələlik partlayışlara görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Müəllif:

Oxşar xəbərlər