Koreya Xalq Demokratik Partiyasının lideri Kim Çen In dövlət başçısı qismində ilk xarici səfərini 2015-ci ilin mayında Rusiyaya edə bilər.
Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə Bloomberg agentliyi Yaponiyanın Asahi Shimbun nəşrinə istinadən məlumat yayıb. Məlumata görə, Şimali Koreya liderinin İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qələbənin 70 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak edəcəyi ehtimal olunur.
Yaponiya nəşri diplomatik mənbələrə istinadən Kim Çen Inın Moskvaya səfəri Rusiya hökumətinin dəvəti əsasında baş tuta biləcəyini qeyd edib.